Accessibility links

Dünya liderləri Qəzzaya görə Misirdə toplaşıb


BMT baş katibi Pan Gi Mun da daxil olmaqla, dünya liderləri diqqətlərini Misirin Şərm əl-Şeyx kurort şəhərində İsraillə Həmas arasında sülhə nail olmaq ümidi ilə keçirilən təmaslara cəmləşdiriblər.

Misir prezidenti Hüsnü Mübarək və Fransanın dövlət başçısı Nikola Sarkozinin həmsədliyi ilə bu gün Şərm əl-Şeyxdə başlayan sammitdə nə İsrailin, nə də Həmas təmsilçisinin iştirakı gözlənilmir.

Bu gün sammitə yola düşməzdən əvvəl Türkiyə prezidenti Abdulla Gül deyib ki, İsrailin birtərəfli atəşkəs elan etməsi sülh istiqamətində atılmış ilk pozitiv addımdır, lakin rəsmi Tel-Əviv öz qüvvələrini Qəzza Zolağından çıxarmalıdır.

Misir sammitinə qatılanlar arasında Britaniyanın baş naziri Qordon Braun da var. Onun beynəlxalq məsələlər üzrə katibiDoqlas Aleksandr yerli telekanallara açıqlamasında Britaniyanın Qəzzaya əlavə 30 milyon dollar humanitar yardım göndərmək niyyətini açıqlayıb.

Hazırda Avropa Birliyinə sədrlik edən Çex Respublikası Həması təcili və qeyd-şərtsiz olaraq Qəzzada atəşkəsi bərpa etməyə çağırıb.

XS
SM
MD
LG