Accessibility links

Şahnaz Qulami müvəqqəti azadlığa buraxıldı


İrandakı bir sıra mənbələrin yaydığı məlumata görə, azərbaycanlı fəal və jurnalist Şahnaz Qulami zaminə buraxılıb.

Yerli mənbələrin bildirdiyinə görə, iki ay öncə İranın Cinayət Məcəlləsinin "İran dövlətçiliyinə qarşı əks təbliğat" maddəsi ilə ittiham olunaraq həbs olunan Şahnaz Qulami yanvarın 18-də 20 milyon tümən, 20 min ABŞ dolları müqabilində müvəqqəti azadlığa buraxılıb.

İran təhlükəsizlik orqanları tərəfindən qanunsuz olaraq həbs olunması və Təbriz həbsxanasında təhlükəli cinayətkarlarla birlikdə saxlanmasına etiraz olaraq 2 həftə öncə aclıq aksiyasına başlayan jurnalist bunun nəticəsində huşunu itirərək xəstəxanaya yerləşdirilmiş və aksiyanı dayandırmağa məcbur olmuşdu. Xəstəxanada Şahnaz xanıma lazımi tibbi yardımın göstərilmədiyi və onun səhhətinin hələ də yaxşılaşmadığı qeyd olunur.

"Azərqadın" veb səhifəsinin baş yazarı, Şahnaz xanım hakimiyyəti tənqid edən yazılarına görə, Təbrizin İslam İnqılabı Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG