Accessibility links

Rusiya Ukrayna ilə razılıq imzaladı


Moskva və Kiyev Rusiya qazının Ukrayna və Qərbi Avropaya nəqli barədə razılaşmanın 10 illiyinə uzadılması haqda sazişə imza atıb. Rusiya baş naziri Vladimir Putin deyib ki, rəsmilər Qazprom şirkətinə qazın nəqlinin təcili bərpa olunması barədə göstəriş verib. Ancaq ekspertlər bunun azı 1 gün alacağından narahatdırlar. Rusiya Ukraynadan Qərbi Avropaya gedən boru xəttini qiymət mübahisəsi səbəbilə təxminən 2 həftədir bağlayıb. Bu problem Avropanın böyük bir hissəsinin soyuq qış aylarında qazsız qalmasına səbəb olub. Bu gün keçirilən imza mərasimində Rusiya baş naziri Vladimir Putinvə onun ukraynalı həmkarı Yuliya Timoşenko ilə yanaşı, hər iki tərəfin Qaz idarəsinin rəhbərləri də iştirak edib.
XS
SM
MD
LG