Accessibility links

İranda həkim qardaşlar dövlət çevrilişində ittiham olunur


İran mətbuatının məlumatına görə, keçən ilin iyun ayında həbs edilən 2 İran həkimi dövlət çevrilişinə cəhddə şübhəli bilinir. Tehran bir qədər əvvəl ABŞ-ın dəstəyi ilə İran İslam Respublikasında dövlət çevrilişi hazırlandığını iddia etmişdi. Rəsmilər deyir ki, həkimlər Araş və Kamyar Əlayinin regionda cevriliş yaratmağa çalışan ABŞ kəşfiyyat agentləri ilə əlaqəsi olub. Həkim qardaşlar İranda HIV və QİÇS-ə qarşı mübarizə aparan ilk həkimlərdir.
XS
SM
MD
LG