Accessibility links

Andiçmə mərasimindən reportaj


'Bu gün dünyanın ən böyük paytaxtlarından atamın doğulduğu kiçik kəndə qədər bizi izləyən xalqlara və hökumətlərə səslənirəm. Amerika sülh istəyən hər kəsin – qadın, kişi, uşaq - hamının dostudur və liderlik etməyə hazıdır'.

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın Konqres binası qarşısında səsləndirdiyi bu müraciət andiçmə mərasiminə tamaşa etmək üçün gəlmiş yüz minlərlə insanı hərəkətə gətirdi.

Linkoln abidəsindən Kapitoli binasına qədər uzanan insan axını Obamanın çağırışına rəqs etməklə dəstək verirdilər.

Təntənəli mərasimi xeyli müddət prezidentin bəyanatından təsirlənən insanların emosional çığırışları ilə müşahidə olunub.

Amerika tarixində bütün prezidentlər fəaliyyətə başlayarkən ölkənin böhran içində olduğunu xatırladan Obama, xalqı bu gündən başlayaraq 'özünə gəlməyə və Amerikanı yenidən yaratmağa' çağırıb...

Yeni prezident Amerikanın xarici təhdidlərdən qorunmaq üçün bütün sülh imkanlarını sınaqdan keçirəcəyini deyib. O, eyni zamanda, terrorçulara da səslənib:

'Öz hədəfləri uğrunda terrora əl atan və günahsız insanları qətlə yetirənlərə səslənirəm. Bizi əzə bilməzsiniz, biz sizi əzəcəyik'.

Obamanın növbəti müraciəti müsəlman dünyasına olub: 'Onlara bemək istəyirəm ki, biz birlikdə qarşılıqlı hörmət əsasında irəliyə doğru yol açmaq istəyirik'.

Obama daha bir müraciətini isə öz daxili problemlərinə görə, düşdükləri vəziyyətdə Qərbi ittiham edən liderlərə edib: 'Bilin ki, xalqlarınız sizi öz etdiklərinizə görə qiymətləndirəcək'.

Yeni prezident dünyanın yoxsul ölkələrinə də yardımlar vəd edib.

Obama deyib ki, çətin vaxtlarda ölkənin idarəsi təkcə yüksək vəzifədəkilərin müdrikliyi və uzaq görənliyinə əsaslanmır, 'eyni zamanda ulu babalarımızın ideallarına və ölkəmizin quruluşuna dair sənədlərdə deyilənlərə sadiq qalmalarına əsaslanır'.

Obama sonda söyləyib ki, 'qarşıdakı vəzifələr çətindir və çoxdur. Onlar qısa müddət ərzində və asanlıqla həll olunmayacaq, ancaq insanlar inanmalıdırlar ki, onlar həll olunacaq'.,

XS
SM
MD
LG