Accessibility links

Sabiq prezident Corc Buş Vaşinqtonu tərk etdi


ABŞ prezidenti Corc Buş səkkiz il ölkənin Ali Baş komandanı olduqdan sonra Vaşinqtonu tərk etdi. Cənab Buş və onun xanımı Lora Birləşmiş Ştatların yeni prezidenti Barak Obamanın inaqurasiya mərasimindən sonra paytaxtı tərk ediblər. Corc Buş öz xələfinə iki müharibə və iqtisadi böhran kimi problemlər qoyaraq hakimiyyətdən gedib. O həm də hakimiyyətdən ən aşağı reytinqlə gedən Amerika prezidentlərindən biridir.

Andiçmə mərasimindən sonra yeni prezident Obama və onun xanımı Mişel Obama cənab Buş və xanım Buşu Kapitoli binsaı qarşısında onları gözləyən vertolyota qədər ötürdülər. Vertolyot cənab Buş və onun xanımı Vaşinqton yaxınlığında ABŞ hərbi hava qüvvələrinin Endrüs hərbi bazasına aparıb. Hərbi bazada qısa mərasimdən sonra isə Buşlar Texasa yola düşüblər. Orada keçmiş prezidenti və onun xanımı qarşılama mərasimində iştirak edəcəklər. Keçmiş prezident və onun xanımı Dallasda yeni evləri hazır olana qədər Krouforddakı rançolarda qalacaqlar.

XS
SM
MD
LG