Accessibility links

Rusiya qaz nəqlini bərpa etdi


Rusiyanın dövlət nəzarətində olan Qazprom şirkəti Ukrayna boru kəmərləri vasitəsilə Avropaya qaz nəqlini bərpa edib.Rusiya və Ukrayna rəsmiləri qazın Avropaya daşındığını təsdiq ediblər.Qaz nəqlinin bərpası iki ölkə arasında rus təbii qazının Ukrayna və Qərbi Avropaya ötürülməsi barədə 10 illik razılığın imzalanmasından sonra baş verib.Tərəflər arsında qiymət mübahisəsi üzündən Rusiya yanvarın 1-də Ukraynanın qaz təchizatını dayandırmışdı.Daha sonra rəsmi Kiyevi Avropaya nəql edilən qazı oğurlamaqda ittiham edən Moskva Qərbi Avropaya da qaz nəqlini dayandırdı. Qarşıdurma nəticəsində 13 gün ərzində şaxtalı qış mövsümündə milyonlarla Avropalı qazsız qaldı.
XS
SM
MD
LG