Accessibility links

İnaqurasiya naharında senator Kennedinin vəziyyəti pisləşib


Tanınmış ABŞ senatoru Edvard Kennedinin Vaşinqtonda Barak Obamanın şərəfinə düzənlənən İnaqurasiya naharında halı pisləşib. Beyin xərçəngindən əziyyət çəkən 76 yaşlı liberal siyasətçi yemək zamanı bayılıb. Kapitoli binasını Təcili Tibbi Yardım maşınının tərk etdiyi görünüb. Hazırda senatorun xəstəxanada olduğu bildirilir. Barak Obama Kennedi üçün dua etdiyini bildirib. Senator Kennedi sabiq ABŞ prezidenti Con Kennedinin qardaşıdır.

XS
SM
MD
LG