Accessibility links

ABŞ prezidenti Barak Obama birinci iş günü problemlərin həlli ilə məşğul olur


ABŞ Prezidenti Barak Obama bu günü ölkənin üzləşdiyi başlıca problemləri müzakirə etməklə keçirəcək. Bu problemlər sırasına maliyyə böhranı, İraq və Əfqanıstandakı müharibələr daxildir. Andiçmə mərasimindən bir gün sonra 44-cü ABŞ Prezidenti çətinliklə üzləşən iqtisadiyyata yardım etmək üçün müşavirləri ilə görüşür. Cənab Obama milyonlarla yeni iş yerlərinin açılmasına yönəlmiş 800 milyard dollar həcmində stimul paketinə dəstək verib. O, habelə İraq və Əfqanıstanada hərbi əməliyyatları yüksək rütbəli hərbi rəsmilərlə müzakirə edəcək. Cənab Obama prezident kampaniyası zamanı qoşunları İraqdan 16 ərzində çıxaracağına söz vermişdi. O, həmçinin Əfqanıstandakı qüvvələrin sayını ikiqat artırmaq niyyətindədir.
XS
SM
MD
LG