Accessibility links

ABŞ Mətbuatı: Obamanın inaqurasiya çıxışı


İlk Afrikalı-Amerikalı Prezident Barak Obamanın inaqurasiyası ABŞ-da böyük həyəcan və ümid hissi ilə qarşılanır.Bir vaxtlar əsas siyasi hüquqlardan məhrum olan Afro-Amerikalıların nümayəndəsi indi dünyanın ən qüdrətli dövlətinə rəhbərlik edəcək.Bu isə Amerikanın millət kimi imici üçün böyük əhəmiyyət kəsb edir.

New York Times qəzetinin baş məqaləsi Prezident Obamanın nailiyyətini Amerika tarixində mühüm mərhələ kimi dəyərləndirir. Yüz minlərlə insan nikbinlik və ümid hissi ilə Vaşinqtona şəhərinə, Obamanın inaqurasiya çıxışını dinləməyə toplaşmışdı.Buş administrasiyasına uzun müddət tənqidi mövqeyi ilə tanınan Times redaktorlar heyəti Obamanın 20 dəqiqəlik çıxışında hakimiyyətdən getməkdə olan hökumətin “saxta seçimlərini” və “uğursuz siyasətini” süpürüb atdığını yazır.Buşun xarici siyasətini kəskin tənqid edən yazıda ümid izhar olunur ki, Yaxın Şərqdəki münaqişələrdən tutumuş terrora qarşı mübarizəyədək Obama administrasiyası fərqli siyasət yürüdəcək.

Wall Street Journal qəzetində Huan Vilyams da Obamanın inaqurasiyasını tarixi əhəmiyyətli bir olay hesab edir.Quldarlıqla ləkələnmiş Amerika tarixində afrikalı mühacirin oğlunun prezident vəzifəsinə yüksəlməsi Amerikanın bir millət kimi həqiqi ideallarını təcəssüm etdirir.Bununla belə cənab Vilyams Obamanın prezidentliyinin başqa meyarlarla ölçülməsinin əleyhinədir.Öz sələfləri kimi Obama da sərt lakin haqlı tənqidlərə məruz qalmalıdır. Müəllifin sözlərinə görə qaradərili prezidentə dibçək gülü kimi münasibət bəsləmək onun mövqeyini güclndirməyək, daha da əks effekt verəcək.Bu həmçinin irqləriarası münasibətlərəd stereotiplərdən uzalqaşmaq üçün əlverişli imkandır.Afrikalı-Amerikalılar da öz növbələrində Obamaya yönələn tənqidin mütləq irqçi nöqteyi nəzərdən qaynaqlandığını güman etməməlidir. Belə ki, azad dünyanın lideri kimi ABŞ Prezidenti ən yüksək satandardara cavab verir ki, burada rəngin heç bir rolu yoxdur.Heç bir dövlət başçısının uğursuzluqlarına, yalanalarına və vədinə xilaf çıxmasına göz yummaq olmaz.Hələ seçki kampaniyası dönəmçiondə Amerika mediasını Obamay loyal münasibət sərgiləməkdə ittiham edən Vilyams yenicə seçilmişç prezidentin opponentlərinin tez-tez haqsız hücumlara mərsuz qaldığını önə çəkir.Vilyamzın sözlərinə görə hətta Obama özünün tənqid etdiyi opponentlərinin mövqeyini qəbul etdikdən sonra da ABŞ-ın sol təmayüllü mediası gözləntiləri artırmaqda davam etdi.Müəllif ümid etdiyini bildirir ki, prezidentin tənqidi bağlı qapılar arxasnda yox, ictimaiyyətin gözü qarşısında baş verəcək, və Obamaya verilən qiymət onun fəaliyyətini və bacarığını əks etdirməcək.
XS
SM
MD
LG