Accessibility links

İsrail Qəzza zolağından hərbi qüvvələrini bütünlüklə çıxardığını bildirir


İsrail ordusu Qəzza zolağından bütün hərbi qüvvələrinin çıxarıldığını bildirir. Lakin qüvvələr Qəzzanı tərk etsə də, ərazinin ətraflarında hələ də qalmaqdadır. İsrail qüvvələrinin Qəzzanı tərk etməsini Həmas və İsrailin təktərəfli atəşkəsləri təmin edib. Lakin buna baxmayaraq, İsrail ərazisinə yenidən raketlərlə hücum edilib. Hücuma İsrail döyüş təyyarələri ilə cavab verib. Qəzzaya səfər edən BMT-nin baş katibi Pan Gi Mun döyüşlərin vurduğu ziyanları dəhşətli hal kimi qimyətləndirib. Baş nazir qəzzalırları həmrəyliyə səsləyərək, fələstinlilərin İsrail ərazilərinə raket hücumlarını qəbuledilməz adlandırıb.Fələstinin səhiyyə işçiləri 3 həftə davam edən döyüşlər nəticəsində 1300 fələstinlinin həlak olduğunu bildirir. Israilin verdiyi itki isə 14 nəfər təşkil edir.

XS
SM
MD
LG