Accessibility links

Dünya liderləri Obama administrasiyasını alqışlayır


ABŞ-ın yeni prezidenti Barak Obamanı təbrik edən dünya liderləri ona çoxsaylı beynəlxalq problemləri xatırladırlar.

Misir prezidenti Hüsnü Mübarək öz təbrik mesajında cənab Obamanı Yaxış Şərq böhranının həllinə prioritet etməyə çağırıb.

İran xarici işlər naziri Manuçehr Mottaki isə bildirib ki, Obama ABŞ-ın Yaxın Şərqdə öz imicini yaxşılaşdırmaq üçün bu bölgə ilə bağlı siyasətini dəyişməlidir.

Yaponiyanın baş naziri Taro Aso deyib ki, Obama ilə qlobal iqtisadi böhranın aradan qaldırılnası istiqamətində işləməyə hazırdır.

Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Yusuf Raza Gilani isə ümid ediblər ki, cənab Obama Birləşmiş Ştatların bəşəriyyətin qarşılaşdığı sınaqların öhdəsindən gəlmək səylərinə rəhbərlik etməsinə kömək edəcək.

XS
SM
MD
LG