Accessibility links

Barak Obama Quantanamonun bağlanmasına dair fərman imzaladı


ABŞ prezidenti Barak Obama Kubada yerləşən Quantanamo məhbəsinin bir il ərzində bağlanmasına dair fərman imzaladı. Sənəd Quantanamoda saxnılan 250 məhbusun ya azadlığa buraxılması, ya da digər cəzaçəkmə müəssisələrinə köçürülməsini, habelə cinayət işləyənlərin hansı yollarla mühakimə edilməsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Barak Obamanın Amerika agentlərinin istifadə etdiyii sərt sorğu-sual metodlarını da qadağan edəcəyi gözlənilir. Fərman Mərkəzi Kəşfiyyat İdarəsi də daxil edilməklə, ABŞ-ın bütün agentliklərinə şamil ediləcək. Amerikanın müdafiə naziri Robert Geyts hərbi prokurorluğa Gunatanamodakı bütün məhkəmə proseslərinin dayandırılmasına göstəriş verib. Göstəriş 5-i 2001-ci il sentyabrın 11-i terror aksiyalarında əli olduğunda şübhələnilənlər olmaqla, 21nəfərə aid edilir.

XS
SM
MD
LG