Accessibility links

Dəyirmi Masa: Obama administrasiyasının Yaxın Şərq siyasəti


ABŞ-ın 44-cü prezidenti özünün inaqurasiya çıxışında müsəlman aləminə də mesaj yolladı. İlk dəfə inaqurasiya çıxışında “müsəlman” ifadəsini işlədən Obama Birləşmiş Ştatların mötədil müsəlmanlarla əməkdaşlıq etməyə hazır olduğunu söylədi. Eyni zamanda azad dünyanın lideri nifrət ideologiyasının abunəçiləri olan terroristlərə və diktatorlara qarşı mübarizə aparacağını bəyan etdi. Obama adaministrasiyası dönəmində ABŞ-ın İslam dünyası ilə bağlı siyasəti hansı əsaslarda formalaşacaq? Prezident Obamanın müsəlman ölkələrinə münasibəti necə olacaq? Bu suallar ətrafında diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə politoloqlar Rasim Musabəyli və Hikmət Hacızadəni dəvət etdik.

Hər iki politoloq razılaşdı ki, Barak Obamanın rəhbərliyi altında ABŞ-ın Yaxın Şərqlə siyasətində radikal dəyişiklik baş verməyəcək. Bununla bağlı ekspertlər Buş administrasiyasının Yaxın Şərq irsinin təsirlərinin qalacağını bildirdilər. Hikmət Hacızadə İslam dünyasında bir çox siyasi problemlərin yaşandığını önə çəkdi. O, qeyd etdi ki, İsrail-Fələstin münqişəsində ABŞ adətən Tel-Əvivin mövqeyini dəstəkləyir və bu, Amerika ilə Ərəb dünyası arasında başlıca ixtilaf nöqtəsidir. O biri tərəfdən İraq və Əfqanıstanda diktatura rejimlərinin hakimiyyətdən devrilməsi region üçün müsbəl hal kimi dəyərləndirilə bilər. O, ümid etdiyini bildirdiy ki, Obama admininistrasiyası regionda demokratizasiya səylərinə ciddi diqqət verəcək.

Ekspert Rasim Musabəylinin fikrincə isə Amerikanın müsəlman ölkələrində sərt müdaxiləsini gözləyənlər yanılırlar. Belə ki, ABŞ-ın öz milli maraqları var və dünya boyu siyasət yürüdürkən ilk növbədə öz prioritetlərini nəzərə alır. Onun fikrincə Obama öz hakimiyyəti dönəmində yaxın Şərq siyasəti ilə bağlı fərqli təşəbbüslərlər çıxış edəcək. Afrika mənşəli ABŞ prezidentinə müsəlman dünyasında sərgilənən simpatik münasibət onun nailiyyətlət əldə etməsinə yardımçı ola bilər.

XS
SM
MD
LG