Accessibility links

Hillari Rodham Klinton Amerikanın dövlət katibi vəzifəsinə başlayır


Hillari Rodham Klinton and içərək Amerikanın dövlət katibi vəzifəsinə başlayır. Senatda onun təyinatı böyük əksəriyyətlə, 94- 2-yə səslə təsdiq edilib. Sabiq birinci xanım Klintonun təsdiqinə çərşənbə axşamı günü Texasdan respublikaçı senator Con Kornin tərəfindən mane olunmuşdu. Senator sabiq president Bill Klintonun rəhbərlik etdiyi Klinton fonduna verilən xarici iyanələrlə bağlı narahatlığını bildirmişdi. Con Kornin deyib ki, bu narahatlıqlar Hillari Klintonun dövlət katibi vəzifəsinə layiq olmadığı demək deyil. Senator çərşənbə günü Klintonun lehinə səs vermişdir. ABŞ-ın xarici siyasətində dəyişiklik ediləcəyini deyən xanım Klinton İran və Şimali Koreya kimi ölkələrin nüvə proqramları da daxil edilməklə, bir sıra mühüm diplomatik fəaliyyətlərə qoşulacaq. Bu gün alqışlanma mərasimindən sonra Hillari Klinton dövlət katibi vəzifəsini rəsmən qəbul edəcək.

XS
SM
MD
LG