Accessibility links

NATO-nun baş katibi İslamabaddadır


NATO-nun baş katibi Yap De Hup Şxeffer islamçı yaraqlılara qarşı mübarizədə Pakistanın əməkdaşlığı məsələsinin müzakirəsi məqsədi ilə İslamabaddadır. Baş katib Şxeffer Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Yusif Raza Gilani və xarici işlər naziri Şah Mahmud Qureşi ilə görüşür. ABŞ və NATO rəsmiləri Pakistanın qəbilələrin yaşadığı şimal-qərb bölgəsinin Taliban və Əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların sığınacağına çevrildiyini bildirir. Onların əksəriyyəti Amerikanın 2001-ci ildə Əfqanıstanda Taliban rejimini hakimiyyətdən saldıqdan sonra Pakistana üz tutub.

XS
SM
MD
LG