Accessibility links

Konqres nümayəndəsi Kristin Cillibrand  Hillari Klintonun Senatdakı yerinə namizəd göstərilib


Nyu-York qubernatoru Deyvid Paterson Konqres nümayəndəsi Kristin Cillibrandı dövlət katibi Hillari Klintonun Senatdakı yerinə namizəd göstərib. Qubernatorun seçimini bu gün elan edilib. İki dönəm Konqresə seçilən demokrat Cillibrand digər namizədlər qədər yaxşı tanınmır. ABŞ-ın qətlə yetirilən sabiq prezidenti Con F. Kennedinin qızı Karolin Kennedi Nyu-Yorkdan Hillari Klintonun yerinə senatorluğa müraciət etməyəcəyini bildirib. Dünən verilən açıqlamada deyilib ki, bu, Karolin Kennedinin şəxsi qərarıdır. Daha bir namizəd Nyu-York ştatının baş prokuroru Andryu Kuomo idi.

XS
SM
MD
LG