Accessibility links

İranda 8 Azərbaycanlı tələbənin məhkəməsi başlanıb


Təbrizdəki mənbələrin bildirdiyinə görə, İslam İnqilabı Məhkəməsində 8 azərbaycanlı tələbə fəalın məhkəməsi başlanıb. Təbrizin İslam İnqilabı Məhkəməsinin 1-ci şöbəsində hakim qarşısına çıxarılan azərbaycanlı fəalların Məqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Dariyuş Hatəmi və Məcid Makui olduqları bildirilir. Tələbələri müdafiə edən vəkil Nağı Mahmudinin yerli mənbələrə verdiyi açıqlamaya görə, yanvarın 18-də keçirilən ilk məhkəmə iclası zamanı azərbaycanlı tələbələrə qarşı cinayət məcəlləsinin "Dövlətçiliyə qarşı təbliğat" və " Milli təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz qruplaşma yaratmaq" maddələri üzrə rəsmi ittiham irəli sürülüb. Məhkəmənin davam edəcəyi gözlənilir. Yerli azərbaycanlıların milli və insan haqları uğrunda fəallıqları ilə seçilən bu tələbələr, ötən ilin iyulunda Təbrizin təhlükəsizlik orqanları tərəfindən həbs olunmuşdular. Onlar 3 ay müddətinə Təbriz Ettelaat İdarəsinin qapalı təcridxanasında saxlandıqdan sonra, hər biri 20-50 min dollarlıq girovlar qoymaqla zaminə buraxılmışdılar. "International Amnesty" onların saxlandığı müddətdə ağır təzyiqlər və işgəncələrə məruz qalmasından narahatlıq keçirildiyini bildirən bəyanatlar yayıb.
XS
SM
MD
LG