Accessibility links

ABŞ Mətbuatı: Obamanın üzləşdiyi sınaqlar


Prezidentliyinin ilk günlərində Barak Obama ciddi sınaqlarla üzləşir. ABŞ iqtisadiyyatında yaşanan böhran, kredit problemləri və artan işsizlik iqtisadiyyatı yeni administrasiya üçün bir nömrəli prioritetə çevirib. Bir çox müşahidəçilərin fikrincə Barak Obamanın uğurunu müəyyən edəcək faktor onun iqtisadiyyatı dirçəltmək planlarının nailiyyətləri olacaq.

New York Times-da “İlk Sınaq” adlı yazısında Deyvid Bruks Nümayəndələr Palatasının Konqresdə keçirdiyi stimul paketini tənqid edir. Onun fikrincə Maliyyə Komitəsi tərəfindən hazırlanan qanun layihəsi qısa dönəmli tələsik stimul ölçüləri ilə uzun müddətli xərc öhdəliklərinin qarışığıdır. Beləliklə də plan hər iki yanaşmanın ən pis tərəflərini özündə ehtiva edir: tələskən planlaşdırma və uzun müddətli maliyyə təsiri. Bruksun sözlərinə görə layihə strateji baxışdan xalidir. 825 milyard dollar həcmində paketin yaxın həftələrdə qəbul edəcəyi gözlənilir ki, burada 152 növ müxtəlif layihə nəzərdə tutulur. Paketin əksər hissəsləri hətta stimullaşdırma funksiyasını da yerinə yetirmir. Elmi araşdırmaya və xüsusi təhsil proqramlarına yönələn stimullaşdırmanın effekti yaxın gələcəkdə hiss edilməyəcək. Yolların inşası üçün ayrılmış 30 milyardın yalnız 4 milyardı növbəti iki il ərzində xərclənəcək. Məktəblərin yenidən qurulması və yeniləşən enerji layihələri üçün ayrılmış 18.5 milyardın isə yalnız 3 milyardı sərf olunacaq. Ən başlıca isə, vəsait xərclənən layihələrin nə vaxt qapanacağı aydın deyil. İqtisadiyyat bərpa edildikdən sonra da bu vəsaitlərin sərf olunub-olunmayacağı aydın deyil, deyə Bruks yazır.

Boston Globe qəzetinin yazarı Skot Lihay Barak Obamanın üzləşdiyi başqa sınağa diqqət çəkir. Tezliklə Prezident Obama Əməkçi Azad Seçim Aktına öz münasibətini bildirməli olacaq. Həmkarlar İttifaqları tərəfindən irəli sürülən bu qanun layihəsi ümid edir ki, bu aktın qüvvəyə minməsi ilə son illərdə tənəzzülə uğrayan həmkarlar ittifaqı hərəkatı özünü dirçəldəcək. Bu qanunun başlıca müddəalarından biri əməkçilərin 30 faizinin imzaladığı petisiya əsasında gizli səsvermə keçirməkdir. İttifaqlar hesab edir ki, təşkilatlanmanın asanlaşdırılması əməkçilərin hüquqlarının qorunmasında böyük rol oynaya bilər. O biri tərəfdən Obamanın ehtiyac duyduğu biznes icması və özəl sektor bu qanunun əleyhinə çıxır. Onlar əvvəla gizli səsverməyə qoyulan maneələri anti-demokratik hesab edir. Belə ki, bu yolla həmkarlar ittifaqları əməkçilərə təzyiq göstərə bilərlər. O biri tərfədən həmkarlar ittifaqlarının güclənməsi məhsuldarlığa zərbə endirə bilər. Müəllif hər iki tərəfin səylərində tutarlı arqumentlərin mövcud olduğunu bildirir. Məhz buna görə də Lihay Prezident Obama qarşılaşan tərəflər arasında hər ikisinə məqbul olan kompromisin əldə olunması üçün vasitəçilik səyləri göstərməyi tövsiyə edir.

XS
SM
MD
LG