Accessibility links

Yaponiyada səhmlər kəskin enib


Nəhəng elektron məhsulları şirkəti olan Sony 14 il ərzində ilk dəfə itki verəcəyini proqnozlaşdırdıqca, Yaponiyada səhm birjaları kəskin enib. Tokyonun Nikkey indeksi 306 bal, yəni 3.8 faiz enərək 7,745 balda qərar tutub. Bu, son iki ayda ən aşağı rəqəmdir. Sony şirkətinin bədbin proqnozları Yapon elektron ixracatına zəifləyən təlabatın göstəricisidir. Dolların məzənnəsi son 13 ildə yenlə müqayisədə ən aşağı səviyyəyə düşüb. Bir dolların dəyəri hazırda ¥88.3 yendir. Qızılın qiyməti isə $1.70 qalxaraq unsiyası $858.70 olub.
XS
SM
MD
LG