Accessibility links

Prezident Obama Konqresin demokrat və respublikaçı üzvlərilə iqtisadiyyatı müzakirə edib


ABŞ prezidenti Barak Obama Konqresin ölkə iqtisadiyyatını stimullaşdırmağa kömək edəcək yeni iqtisadi xilas paketini gələn həftələr ərzində qəbul edəcəyinə ümid bəslədiyini deyib. Cənab Obama bu gün Konqresin nüfuzlu demokrat və respublikaçı üzvlərilə görüşüb.

Prezident Obama Nümayəndlər Palatası və Senatda hər iki partiyanın nümayəndələrilə Ağ Evdə keçirdiyi görüşdə iqtisadiyyatın görünməyən böhranla üzləşə biləcəyinə dair xəbərdarlıq edib.Bununla belə o, iqtisadi xilas paketinin üç milyonla dörd milyon arasında yeni iş yerlərinin açılmasına xidmət edəcəyini gözlədiyini deyib. Cənab Obama Konqres qarşısında stimullaşdırma paketini fevral ayının ortalarına qədər təsdiq etmək kimi məqsəd olduğunu bildirib.

Prezident Obama hökumətin ayırdığı vəsaitin münasib şəkildə işləndiyini təmin etmək üçün məsuliyyət və şəffaflığın artırılmasına ehtiyac olduğunu da xüsusi vurğulayıb.

Respublikaçılar demokratların hazırladığı 825 milyard dollarlıq planın iş yerlərinin açılması və iqtisadiyyata yardım kimi məqsədlərə xidmət edə bilib-bilməyəcəyilə bağlı narahatlıqlarını ifadə ediblər.

Cənab Obama prezident kimi rəsmən vəzifəsinn icrasına başladığı gündən mühüm məsələlərin həlli ilə məşğul olur. Dünən o, ABŞ-ın Kubada Quantanamo həbsxanasının bir il ərzində bağlanması haqda göstəriş verib. Prezident Obama həmçinin terroruçuluqda şübhəli bilinənlərin mühakimə edilməsi prosesinin nəzərdən keçirilməsi və sərt üsullarla dindirilməsinin qadağan edilməsi haqda fərmanlar imzalamışdır.

XS
SM
MD
LG