Accessibility links

'Human Rights Watch' Rusiya və Gürcüstanı tənqid edib


"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı Gürcüstan və Rusiyanı keçən ilki münaqişə zamanı mümkün müharibə cinayətləri və insan hüquqları pozuntularına dair istintaq aparmağa çağırıb. Qurum 200 səhifəlik hesabatında mülki vətəndaşlara qarşı hücumları sənədləşdirib. Orada Gürcüstanın separatçı Cənubi Osetiya regionunun paytaxtı Sxinvaliyə raket hücumları və Cənubi Osetiyanın sistematik şəkildə Gürcüstan kəndlərini dağıtma kampaniyası yer alır. Hesabatda habelə Rusiyanın yaşayış binalarına və başqa mülki obyektlərə qarşı hücumları ilə yanaşı, hər iki tərəfin sıçrayan bombalardan istifadəsi də tənqid olunur. Ancaq Rusiya və Gürcüstan həddən artıq qüvvədən istifadəni və mülki vətəndaşların hədəf alınmasını rədd edir.
XS
SM
MD
LG