Accessibility links

Serbiya prezidenti Kosovo Təhlükəsizilk Qüvvələrinin yaradılmasına etiraz edib


Serbiya prezidenti BorisTadiç yeni Kosovo Təhlükəsizlik Qüvvələrininin yaradılması ilə əlaqədar BMT və NATO-ya rəsmi etiraz göndərib. Serbiya lideri yeni qurumu qeyri-qanuni yarı-yərbi qüvvə adlandıraraq, bunun Serbiya və Balkanlarda sülh və sabitliyə hədə təşkil etdiyini bildirib. O, beynəlxalq təşkilatların rəsmilərini yeni yaradılmış təhlükəsizlik qüvvələrini dərhal ləğv etməyə çağırıb. Çərşənbə günündən fəaliyyət göstərməyə başlayan Kosovo Təhlükəsizlik Qüvvələri əsas etibarilə 1990-cı illərdə Serbiya əleyhinə mübarizə aparan alban partizanlardan təşkil edilmiş Kosovonu Müdafiə korpusunun əvəzinə yaradılıb. Kosovonun baş naziri Haşim Taci deyib ki, yeni qüvvələr çoxmillətli tərkibə malik olacaq və ölkənin müxtəlif icmalarının maraqlarına xidmət edəcək.

XS
SM
MD
LG