Accessibility links

İranın uranı tükənir


Qəzetlərin məlumatına görə, Qərb ölkələri ehtmal edir ki, nüvə proqramına başlamaq üçün İranın xam materialı tükənir. Bu ölkələr Tehranın səylərinin qarşısını almaq üçün fəaliyyətə başlamışdılar. “The Times of London” bu gün bildirib ki, etibarlı diplomatik mənbə qarşıdakı aylar ərzində İranın “Sarı Tort” adlanan uran təchizatının qurtara biləcəyini deyib. Qəzetdə yazıldığına görə, Britaniya öz diplomatlarına 3 əsas uran istehsalçısı olan ölkələrə bu xam malı İrana satmaması üçün iş aparması barədə göstəriş verib. Bu ölkələr Qazaxıstan, Özbəkistan və Braziliyadır. Məqalədə habelə ABŞ, Fransa və Almaniyanın da bu ölkələrə təzyiq göstərdiyi bildirilir. Qərb dövlətləri İranın nüvə texnologiyasını nüvə silahı əldə etmək üçün inkişaf etdirdiyini deyir. Ancaq İran bunun dinc məqsədlər üçün həyata keçirildiyinə təkid edir.
XS
SM
MD
LG