Şimali
Koreya liderinin böyük oğlu bu gün bildirib ki, onun ölkəyə rəhbərlik etmək
məramı yoxdur və yalnız onun atası öz varisini seçə bilər. Kim Conq Nam bu bəyanatı bu gün Pekinə şəxsi
səfəri zamanı açıqlayıb. Cənubi
Koreyanın Yonhap xəbər agentliyi kəşfiyyat mənbələrinə istinad edərək
bildirmişdi ki, cənab Kim ən kiçik oğlu Kim Conq Unu özünə varis seçib. Çinin dövlət mediası Cümə günü cənab Kimin
Pxenyandakı Çin elçisi ilə görüşdüyünü xəbər verib ki, bu da ötən avqustdan bəri
Kommunist liderin xarici dövlət rəsmisi ilə ilk görüşü hesab olunur.