Accessibility links

Qəzzada şagirdlər məktəbə qayıdır


İsrailin Qəzza zolağında Həmas militantlarına qarşı hərbi hücumunu dayandırmasından sonra minlərlə Fələstinli şagird məktəblərə qayıtmağa başlayıb. BMT-nin idarə etdiyi məktəblər bir aylıq fasilədən sonra bu gün yenidən açılıb. Bəzi məktəblər münaqişə zamanı sığınacaq kimi istifadə olunurdu. İsrailin 22 günlük hücumu zamanı 1300-ə yaxın fələstinli öldürülüb. Bu arada Həmas nümayəndə heyəti münaqişə zamanı onları dəstəkləyən ölkələrə səfərə çıxıb. Suriya prezidenti Bəşar Əsəd Həmas lideri Xalid Məşalla görüşündə Həması “qələbə” münasibətilə təbrik edib. İsrail rəsmiləri isə Həmasa ağır zərbə endirildiyini və Tel Əvivin öz hədəflərinə çatdığını bildirir.
XS
SM
MD
LG