Accessibility links

Mişel Obama qızlarının adları qoyulmuş gəlinciklərdən razı qalmayıb


ABŞ-ın birinci xanımı Mişel Obama qızları Maliya və Saşanın adları qoyulmuş yeni gəlinciklərdən razı qalmadığını bildirib. Maliya və Saşa adlı gəlincilər uşaq oyuncaqları hazırlayan Ty şirkəti tərəfindənistehsal edilib.Birinci xanımın sözçüsü bəyanatda bunun qeyri-münasib olduğunu bildirib. Şirkərin sözsüçü Taniya Linden isə deyib ki, qiyməti 10 dollar olan gəlinciklərin adları Obamanın qızlarına görə deyil, bu adlar gözəl səsləndiyi üçün seçilib.İctimaiyyət arasında Obama qızlarının populyarlığı olduqca yüksəkdir. Minlərlə insan J.Crew geyim şirkətindən qızların atalarının inaqurasiyası günü geydikləri paltoları sifariş edir.

XS
SM
MD
LG