Accessibility links

Türkiyədə qar sürüşməsi nəticəsində 10 adam həlak olub


Türkiyə rəsmiləri ölkənin şimal-qərbində qar sürüşməsi nəticəsində 10 nəfərin öldüyünü bildiriblər. Rəsmilərin bildirdiyinə görə, Gümüşane vilayətindəki Ziqana dağına çıxan alpinistlərin yeddisi qar sürüşməsindən sonra sağ qalıb. Xilasetmə qrupları qarın altında daha kiminsə qaldığını müəyyən etmək üçün axtarışı davam etdirirlər. Alpinistlər Trabzon vilayətində klubun üzvləri olublar.

Türkiyə ərazisinin böyük hissəsi seysmik zonada yerləşir və vaxtaşırı baş verən yer titrəyişləri dağlarda qar sürüşmələrinə səbəb olur.

XS
SM
MD
LG