Accessibility links

Gürcüstan öz ərazisindən Cənubi Osetiyaya qazın nəqlini bərpa edib


Gürcüstan və Rusiya rəsmiləri Gürcüstan ərazisindən Cənubi Osetiyaya təbii qazın nəqlinin bərpa edildiyini bildiriblər. Təbii qaz təchizatı kçən ilin avqust ayında Rusiya və Gürcüstan arasında hərbi münaqişədən sonra kəsilmişdi. Gürcüstan rəsmiləri keçən həftə qazın nəqlinin bərpa ediləcəyinə işarə edərək bildirmişdilər ki, onlar bu addımı Avropa Birliyi və ATƏT-dən müraciətə əsasən atırlar. Rusiya tərəfdarı Cənubi Osetiyaya qazın nəqli beş gün sürən münaqişə zamanı kəmər sıradan çıxdıqdan sonra kəsilmişdi. Rəsmi Moskva keçən ay Gürcüstanı kəmərin bərpasını ləngitməkdə ittiham etmişdi

XS
SM
MD
LG