Accessibility links

Həmasın Qəzzada bəzi hökumət idarələri yenidən açılıb


Həmasın bir çox idarəsinin İsrailin bombardmanı nəticəsində dağılmasına baxmayaraq bu gün Qəzzada bəzi hökumət idarələri yenidən açılıb.

Həmas evləri dağılan və ailə üzvləri həlak olan fələstinlilərə 52 milyon dollar məbləğındə yardım paylamağı planlaşdırır. Lakin Qəzzanıbərpa etmək üçün bu məbləğ kifayət etmir.

BMT Baş Katibinin Humanitar məsələləri üzrə yardımçısı John Holms Qəzzada bərpa işlərinin illərlə vaxt və milyardlarla dollar məbləğındə vəsait aparacağını bildirib.


Bu arada, Birləşmiş Ştatların diplomatik mənbələrindən bildirilir ki, prezident Barak Obama Yaxın Şərq üzrə nümayəndə, keçmiş senator Corc Mitçeli bu həftə Yaxın Şərqə göndərəcək, Onun İsrailinliderlərilə və İordan çayının qərb sahilində Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcəyi gözlənilir. Cənab Obama deyib ki, Corc Mitçel Qəzza zolağında İsraillə Həmas arasındadavamlı atəşkəsin əldə edildiyinə əmin olmaq istəyir.Cənab Obama fəlstinlilər və israillilərin itkilərindən dərin narahatlığını bildirib.
XS
SM
MD
LG