Accessibility links

Həmas Israilə uzunmüddətli atəşkəs təklif edir


Fələstinin Həmas yaraqlı qrupu İsrailə Qəzza Zolağı boyu sərhədlərini açdığı təqdirdə bir il müddətində sülh təklif edib. Həmasın nümayəndə heyəti dünən Qahirədə Misir diplomatları ilə görüş zamanı İsraillə Fələstinlilər atasında uzunmüddətli atəşkəsə nail olmağa çalışmışlar. Danışıqlarda iştirak edən Həmas nümayəndəsi təşkilatın İsrailin Qəzza sərhəddinin bir hissəsinin açılması şərtilə 18 ay müddətinə atəşkəs haqda təklifi rədd etdiyini deyib. İsrail isə Misir vasitəçiləri ilə danışıqların detalları barədə məlumat verməyib. Həmas Qəzza Zolağında 3 həftə davam edən hərbi əməliyyatlar nəticəsində dağılan müvəqqəti hökumət idarələrini açıb.

XS
SM
MD
LG