Accessibility links

İranın Xalq Mücahidləri AB-nin qara siyahısından çıxdı


Avropa Birliyinin xarici işlər nazirləri İranın müxalif qrupunun adını terrorçu təşkilatlar siyahısından çıxarıb. Diplomatların bu gün Brüsseldə qəbul olunan qərarı sabah qüvvəyə minəcək və İranın Xalq Mücahidləri Təşkilatının dondurulmuş əmlakları bərpa olunacaq. Bu addım bir neçə məhkəmənin Avropa Birliyinin Xalq Mücahidləri Təşkilatının terrorçu qrup olduğunu sübut edə bilmədiyinə dair qərarına əsasən atılıb. Birliyin bu planından xəbərdar olan yüzlərlə iranlı dünən Tehranda Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Nümayişçilər fəaliyyətinə qadağa qoyulmuş qrup əleyhinə şüarlar səsləndiriblər.
XS
SM
MD
LG