Accessibility links

Cənubi Afria liderləri daha bir zirvə görüşü keçirirlər


Cənubi Afrika liderləri Zimbabvenin hakim partiyası ilə müxalifət qüvvələri arasında siyasi qarşıdurmaya son qoymaq niyyətilə Pretoriyada daha bir zirvə görüşü keçirirlər. Liderlərin sentyabr ayında razılaşdırıldığı kimi, milli birlik hökumətinin yaradılması üçün prezident Pobert Muqabe və müxalifət lideri Morqan Tsvangiraya təzyiq göstərəcəyi gözlənilir. Görüş ərəfəsində Zimbabvenin informasiya naziri Brayt Matonqa deyib ki, bu sammit hakimiyyətin formalaşması istiqamətində aparılan son dialoq olacaq. O deyib ki, cənab Muqabe müxalifət olsa da, olmasa da yeni hökumətini formalaşdıracaq.

Brüsseldə isə Avropa Birliyi Muqabe ilə əlaqəsi olan daha 36 şirkət və 26 rəsmiyə qarşı səfər və maliyyə sanksiyalarının müddətini uzadıb.


XS
SM
MD
LG