Accessibility links

Barak Obama: Xarici neftdən asılılıq siyasətinin dəyişdirilməsi administrasiyanın siyasətinin əsasını təşkil edəcək


Ağ Evdə iqtisadi durumla bağlı açıqlamalar verən cənab Obama deyib ki, onun administrasiyası qarşısında prioritetlər dərinləşməkdə olan iqtisadi böhranın həlli, enerji müstəqilliyi və iqlim dəyişikliyi ilə mübarizə məsələləridir. Prezident Obama bununla yanaşı iş yerləri, iqlim dəyişikliyi və enerji asılılığının azaldılması istiqamətində administrasiyanın təəbbüslərini aşıqladı. O, Ətraf Mühitin Mühafizəsi agentliyinə Buş administrasiyasının bəzi ştatların federal qanunlarda nəzərdə tutulduğundan daha ciddi emissiya standartları tətbiq etməsinin qarşısıın alan qanunu yenidən nəzərdən keçirmək haqda göstəriş verdiyi bildirdi. ABŞ-ən yeni prezidenti Amerika avtomobillərinin enerjidən daha qənaətlə istifadəsini nəzərdə tutan qaydalar tətbiq etməyə çağırdı. Cənab Obama enerji asılılığının Amerika qarşısında ən böyük problemlərdən biri olduğunu bəyan etdi.

Prezident Obama bildirdi ki, xarici neftdən asılılıq siyasətinin dəyişdirilməsi və milyonlar iş yerlərinin açılmasına xidmət edəcək yeni enerji iqtisadiyyatının yaraadılması onun administrasiysının siyasətinin əsasını təşkil edəcək. Prezident Obama iqtisadi xilas paketinə ictimai dəstək qazanmaq səylərini gücləndirib. Keçən həftə o, Konqresdə demokrat və respublikaçı liderlərlə iqtisadi durumu müzakirə edib.Sabah cənab Obamanın iqtisadi plana respublikaçı qanunvericilərin dəstəyini qazanmaq üçün Kapitolidə bir sıra görüşlər keçirəcəyi gözlnilir. Respublikaçılar 825 milyard dollarlıq iqtisadi yardım paketinə skeptik münasibət bildirirlər.


XS
SM
MD
LG