Accessibility links

Qırğızıstan müxalifət lideri istintaqa cəlb olunub


Qırğızıstan rəsmiləri deyir ki, əsas müxalifət liderinin qeyri-qanuni silah saxlaması ilə bağlı təhqiqat aparılır. Bununla o, cinayət ittihamları ilə qarşılaşmış daha bir müxalif siyasətçi olub. Daxili İşlər Nazirliyi bu gün açıqlayıb ki, müxalifətin son yürüşü zamanı Omurbek Tekebayevə məxsus avtomobildən qeyri-qanuni silahlar aşkar edilib. "Ata Məkan" siyasi partiyasının lideri bu iddiaları rədd edib. Frans Press Agentliyi Tekebayevə istinadən bildirir ki, o, təhdidlərlə üzləşdiyi üçün özünü müdafiə məqsədilə silah saxlayır. Cənab Tekebayev 2010-cu il prezident seçkilərində hakimiyyət üçün potensial rəqib hesab olunur. O, Qırğızıstan siyasəti ilə bağlı Moskvada keçiriləcək beynəlxalq konfransa qatılmağı planlaşdırırdı. Digər 4 müxalifət lideri də son həftələr təhqiqatlarla üzləşir.
XS
SM
MD
LG