Accessibility links

İsrail və Qəzza sərhədlərində yenidən döyüşlər olub


İsrail və Qəzza sərhədlərində yenidən baş qaldıran döyüşlər nəticəsində bir israilli əsgər və bir fələstinli həlak olub. Döyüşlər İsrail əsgərlərinin keşik çəkdiyi İsrai-Qəzza sərhəd məntəqəsi yaxınlığına fələstinli yaraqlıların bomba atması ilə başlayıb. Hücum 3 nəfərin yaralanması ilə nəticələnib. Vertolyotların müşayiəti ilə İsrail qüvvələri cavab atəçi ilə gücuma keçib. Atəşkəs əldə edilməsindən sonra ən ciddi insident hesab edilən döyüşlər ABŞ prezidenti Barak Obamanın təyin etdiyi yeni Yaxın Şərq regionu üzrə nümayəndənin missiyasına başladığı vaxta təsadüf edir. Missiyaya Misir səfər ilə başlayan Corc Maykl İsrail, İordan çayının qərb sahili, İordaniya və Səudiyyə Ərəbistanında olacaq.

XS
SM
MD
LG