Accessibility links

Rusiya Gürcüstan tərəfindən ələ keçirilən əsgərini geri tələb edir


Rusiya Gürcüstandan separatçı Cənubi Osetiya ərazisində ələ keçirilən əsgərin geri qaytarılmasını tələb edir. Rusiyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, əsgər Sənubi Osetiya ilə Gürcüstan sərhəddi yaxınlığındakı Axalqori rayonunda ələ keçirilib. Gürcüstan isə həmin əsgərin qulluq etdiyi hərbi bölmədə vəziyyətin dözülməz olduğu üçün oradan qaçdığını deyir. Xatırladaq ki, Rusiya hərbi qüvvələri avqust ayında beş gün davam edən hərbi əməliyyatlar zamanıhəmin əraziləri ələ keçirmişdi.

XS
SM
MD
LG