Accessibility links

ABŞ-ın Nümayəndələr Palatası Barak Obamanın iqtisadi stimullaşdırma planını təsdiq edb


ABŞ-ın Nümayəndələr Palatası prezident Barak Obamanın təklif etdiyi iqtisadi stimullaşdırma planını təsdiq edb. Sənəd 244 lehinə, 188 əleyhinə səslə qəbul edilib. Xilas paketinin təsdiqi günlərlə davam edən debatlardan sonra mümkün olub. Yüksək səlahiyyətli biznes liderləri ilə ilk görüşü zamanı Barak Obama deyib ki, təklif edilən vəsaitin böyük hissəsi yeni iş yerlərinin açılması və iş yerlərinin qorunmasına xidmət edəcək. Respublikaçılar isə prezidentin planının əleyinə çıxış edib. Hazırda debatlar Senatda davam etdirilir. Konqres liderləri fevral ayının ortalarınadək sənədin prezidentin imzasına hazır olacağına vəd verir.

XS
SM
MD
LG