Accessibility links

Avropa Şurası Azərbaycanda keçiriləcək referendumla bağlı ekspert rəyi istəyir


Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanda Konstitusiya dəyişikliklərinə dair keçiriləcək referendumla bağlı ekspert rəyi istəyir.

Avropa Şurasının mətbuat xidmətindən Amerikanın səsinə daxil olan məlumatda bildirilir ki, Komitə bu gün Strasburqda görüşərək, Azərbaycandakı son hadisələri nəzərdən keçirib.

İclasda Avropa Şurasının Konstitusiya qanunları üzrə ekspertlər qurumu olan Venesiya Komissiyasından Azərbaycanda martın 18-nə təyin edilmiş Konstitusiyaya dəyişikliklərə dair referendum barədə bir rəy verməyi xahiş etmək qərarına gəlinib. Həmin Konstitusiya dəyişiklikləri prezidentlik müddətinə olan məhdudiyyətlərin ləğv edilməsini nəzərdə tutur.

Monitorinq Komitəsi mart ayında gözlənilən toplantısında Venesiya Komitəsinin rəyini nəzərdən keçirməyi planlaşdırır.

XS
SM
MD
LG