Accessibility links

Al Qor Amerika qanunvericilərini iqlim dəyişikliyi ilə bağlı qanun qəbul etməyə çağırır


ABŞ-ın sabiq vitse-prezidenti Al Qor gələn dekabr ayında Kopenhagendə keçiriləcək BMT sammitindən əvvəl Amerika qanunvericilərini iqlim dəyişikliyi ilə bağlı qanun qəbul etməyə çağırıb. Senatın Xarici Əlaqərlər Komitəsində ifadə verən cənab Qor amerikalıları iqlim böhranın həllində lider rolunu bərpa etməyə səsləyib. Alimlər iqlim dəyişikliyi ilə bağılı lazımı ölçülər götürülməsə, təbii fəlakətlər, quraqlıq və humanitar böhranlar barədə xəbərdarlıq verirlər. Al Gor iqlim dəyişikliyi ilə mübarizə səylərin görə 2007-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdü. Senatda sabiq vitse-prezident təcili diqqət tələb edən problemlərə dair şəkillər nümayiş etdirib. 8 il əvvəl Buş administrasiyası Kioto sazişi adlandırılan beynəlxalq iqlim sazişini rədd etmişdi.

XS
SM
MD
LG