Accessibility links

Barak Obama administrasiyası İran prezidentinə məktub hazırlayır


Britaniyanın "The Guardian" qəzeti bu gün dərc etdiyi məlumatında ABŞ prezidenti Barak Obama administrasiyasının Birləşmiş Ştatlarla İran arasındakı gərgin münasibətlərin aradan qaldırılması məqsədi ilə İrana məktub hazırladığını yazır. Qəzetin yazdığına görə, Birləşmiş Ştatlar Dövlət Departamenti məktubu noyabr ayından, Barak Obama prezident seçildikdən sonra hazırlamağa başlayıb. Məktubun İran prezidenti Mahmud Əhmədinejadın Barak Obamanı prezident seçilməsi münasibəti ilə təbrikinə cavab mahiyyəti daşıdığı bildirilir. ABŞ rəsmiləri buna münasibət bildirməmiş, president Obama isə demişdi ki, o, iranlı həmkarının məktubunu nəzərdən keçirir və ona münasib şəkildə cavab verəcək. Cənab Obama bu həftə Əl-Ərəbiyyə televiziyasına verdiyi müsahibəsində də İranla münasibətlərin yaxşılaşacağının mümkün olduğunu deyib.

XS
SM
MD
LG