Accessibility links

Dünya Valyuta Fondu Türkiyəyə ayrılacaq kredit məsələsini müzakirə edir


Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan bildirib ki, Beynəlxalq Valyuta Fondu Türkiyə üçün ayrılacaq kredit barədə razılıq əldə edilməsi üçün iki yeni şərt irəli sürüb. Cənab Ərdoğan deyib ki, şərtlər Davosda keçirilən Dünya İqtisadiyyat Forumunda iştirak edən Beynəlxalq Valyuta Fondunun rəsmisi Con Lipski ilə danışıqlar zamanı irəli sürülüb. Baş nazir şərtlərin nədən ibarət olduğunu açıqlamayıb. Müxbirlərlə görüşü zamanı cənab Ərdoğan Beynəlxalq Valyuta Fondu ilə əldə ediləcək kredit razılığının Türkiyənin iqtisadiyyatına kömək göstərə biləcəyini deyib. Lakin o əlavə edib ki, əgər razılıq əldə olunmasa, onun sözləri ilə bu, “dünyanın axırı” demək deyil.

XS
SM
MD
LG