Accessibility links

Barak Obama qadınların məvacib hüquqlarının müdafiəsinə dair qanuna imza atıb


Qadınların qazançı kişilərlə müqayisədə hər dollar qarşılığında 77 sentdir. Seçkiqabağı kampaniyalar zamanı Mişel Obama məhz bu mövzunu qabartmağa çalışmışdı. Barak Obama qadınların məvacib hüquqlarının müdafiəsinə dair qanuna imza atıb. İndiyədək qadınlar yalnız ilk 6 ay müddətində maaş ayrı-seçkiliyi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Yeni qanun isə qadınların illərdən sonra belə şikayət hüquqlarını təmin etmiş olacaq.

2009-cu ildə maaşlar arasında uçurum dərin olaraq qalır. Kişilərin qazandığı bir dollar qarşılığında qadınların 77 sent alması bir karyera dövründə 200000 dollar deməkdir. Məktəb müəllimləri, tibb işçiləri və ya hökumət məmurları arasında məvacib fərqi böyük olmasa da, restoran və ya mağazalarda bu fərq nəzərəçarpacaq qədər dərindir.

Qadınların məvacib hüquqlarının müdafiəsinə dair qanun Barak Obamanın ABŞ-ın 44-cü prezidenti kimi imzaladığı ilk sənəddir. "Lilli Ledbetter Ədalətli Ödənuş" adlanan bu qanun Goodyear təkər şirkətinin əməkdaşının adını daşıyır. 19 illik fəaliyyəti zamanı az məvacib aldığı üçün həmin bu qadın şirkəri məhkəməyə vermişdi. ABŞ prezidenti bu qanunun Amerikanın Hüquqlar Haqda Bilinin prinsiplərindən biri olan "bütün insanlar bərabər hüquqla yaranıb" prinsipinə sadiqliyin daha bir nümunəsi olduğunu bildirib.

XS
SM
MD
LG