Accessibility links

ABŞ iqtisadiyyatı 3.8 faiz kiçilib


Dünyanın ən iri iqtisadiyyatı 2008-ci ilin son 3 ayında daha da kiçilib. ABŞ-ın ümumdaxili məhsulu 4-cü kvartal ərzində 3.8 faiz kiçilib ki, bu da 1982-ci ildən bəri ən pis göstəricidir. Ümumdaxili məhsul iqtisadiyyatın ən etibarli ölçüsüdür. Belə ki, burada millətin istehsal etdiyi məhsulların və xidmətlərin cəmi əks olunur. Bu gün Ticarət Departamentinin hesabatında göstərilir ki, ABŞ iqtisadiyyatı artıq ikinci kvartaldır ki, ardıcıl kiçilməkdə davam edir. Bu, iqtisadi geriləmənin klassik göstəricisidir. ABŞ iqtisadiyyatının başlıca mühərriki olan istehlakçılar öz xərclərini kəskin azaldıblar. İstehlakçı təlabatının azalması isə şirkətləri işləri ixtisara salmağa vadar edib ki, bu, da işsizliyi kəskin artırıb.

XS
SM
MD
LG