Accessibility links

ABŞ prezidenti  həftəlik radio müraciətini edib


ABŞ prezidenti Barak Obama həftəlik radio müraciəti zamanı iqtisadiyyata dair pis və yaxşı xəbərlər olduğunu deyib. Prezident pis xəbərlərin Amerikanın presedentsiz iqtisadi geriləmə olduğunu deyərək, buna əyani sübut kimi iqtisadi göstəricilərin 4 faizə yaxın azalmasını göstərib. Barak Obama yaxşi xəbərlərin isə administrasiyasının ölkəni maliyyə böhranından çıxarmaq üçün yeni planlar üzərində işləməsi olduğunu deyib.

ABŞ dövlət başçısı planlar haqda məlumat verməsə də, malyyə naziri Tim Qaytnerin yaxın zamanda ailə və biznesləri kredirlərlə təmin edəcək strategiyanı açıqlayacağını bildirib. Barak Obama bir daha Senatı gələn bir neçə il ərzində 3 milyon yeni iş yerinin açılmasını nəzərdə tutan iqtisadi stimullaşdırma planının təsdiqinə çağırıb.

XS
SM
MD
LG