Accessibility links

Müəmmar Qəzzafi Afrika Birliyinə sədr seçilib


Afrika Birliyinin liderləri Müəmmar Qəzzafini gələn il üçün quruma sədr təyin edib. Liviya prezidenti bu vəzifəyə bu gün Efiopiyanın paytaxtı Əddis-Əbabə şəhərində bağlı qapılar arxasında keçirilən sammit zamanı seçilib. Dünən birlik üzvləri Qəzzafinin qitə hökuməti yaradılması təklifini müzakirə etsələr də, təklif rədd edib. Müəmmar Qəzzafi artıq illərdir ki, Birləşmiş Afrilka Ölkələri adlandırılan təklifin qəbuluna çalışır.

Liviya prezidenti bunun Afrika ölkələrinə Qərbin müdaxiləsi olmadan, iqtisadi və siyasi problemlərin həllinə yardım edəcəyini bildirir. Afrika İttifaqı rəsmən Afrikanın infrastrukturunun inkişafına xidmət etmək üçün təsis edilsə də, son zamanlar qurum Qəzzafinin planı, Madaqaskar və digər bölgələrin böhranlarını diqqət mərkəzinə alıb.


XS
SM
MD
LG