Accessibility links

Barak Obama və  Müdafiə naziri  Qeyts  Əfqanıstandakı vəziyyəti müzakirə edib


Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün ABŞ prezidenti Barak Obama Müdafiə naziri Robert Qeytslə görüşüb. Onlar bazar ertəsi , günün ikinci yarısı Ağ Evdə danışıqlar aparmışlar.


Dövlət Katibi Hillari Klintonun çərşənbə axşamı Britaniya Xarici İşlər Naziri Devid Miliband və Almaniya Xarici İşlər Naziri Frank Valter Steinmier ilə Əfqanıstan və İran haqda müzakirələr keçirməsi gözlənilir. Sözçü onu da bildirib ki, o ,Vaşinqton danışıqlarının “xeyli əhatəli” olacağını gözləyir. Bunlar xanım Klintonun Dövlət Katibi olduğu müddətdə aparacağı ilk yüksək səviyyəli görüşlər olacaq. Xanım Klinton iki həftə öncə Dövlət Katibi vəzifəsinə başlayıb.


Britaniya və Almaniya ABŞ-ın mühüm müttəfiqləridirlər.Onlar ABŞ-la birlikdə İranı uranın zənginləşdirilməsini dayandırmağa razı salmağa cəhd edirlər.Uranın zənginləşdirilməsindən nüvə silahlarının inkişafında da istifadə oluna bilər.

XS
SM
MD
LG