Accessibility links

Qırğızistan ABŞ-ı Manasdakı hərbi bazadan istifadəsini  dayandıracağı ilə hədələyib


Qırğızıstan prezidenti Əfqanıstandakı əməliyyatların həyata keçirilməsində mühüm rolu olan hərbi bazadan ABŞ-ın istifadəsini dayandırmaqla hədələyib.

Bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə keçirdiyi danışıqlardan sonra Qırğızıstan prezidenti Kurmanbek Bakıyev paytaxt Bişkekin yaxınlığındakı Manasda yerləşən hərbi bazadan ABŞ-ın istifadəsini dayandırmaq barədə müvəqqəti planı elan edib. Bu şərhlər Rusiyanın yoxsulluq içindəki Qırğızıstanın inkişafı üçün 2 milyard dollar vəsait ayıracağını bildirməsindən bir neçə dəqiqə sonra verilib.

Cənab Bakıyev deyir ki, Qırğızıstan nümayəndələri hərbi bazalardan istifadə üçün kompensasiya haqda amerikalı həmkarları ilə razılıq əldə edə bilmədikiləri üçün bu qərara gəlinib.

Amerikanın Əfqanıstandakı sözçüsü Kolonel Qreq Julian hərbi bazalardan istifadədə hər hansı bir dəyişikliyin olmasını inkar edir.

Kolonel Qreq “Associaated Press” informasiya agentliyinə söyləyib ki, Qırğızıstanın bu bəyanatı “siyasi manevrə” oxşayır. Pentaqon sözçüsü Geoff Morrell söyləyib ki, Amerikanın hərbi bazalardan istifadə etməsinin təhlükə qarşısında olduğu haqda məlumatları təkcə mətbuat xəbərlərində görüb.

XS
SM
MD
LG