Accessibility links

Rəcəp Teyyib Ərdoğan: `Türkiyə tarixində anti-semitizm olmayıb`


Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan anti-semitizmin yanlış olduğunu deyib və ölkədəki yəhudi icmasının təhlükəsizliyinə təminat verib. Cənab Ərdoğan bunu bu gün, müsəlmanların çoxluq təşkil etdiyi Türkiyədə yəhudi icmalarının sülhpərvər olduğunu vurğulayaraq, ölkə tarixində anti-semitizmin olmadığını deyib. Xatırladaq ki, cənab Ərdoğan İsrailin Qəzzaya hücumları zamanı çox sayda mülki vətəndaşın öldürüldüyünə görə İsrail hökumətini tənqid etmişdi. O, eləcə də İsrail prezidentinin keçən həftə İsveçrənin Davos şəhərində keçirilən iqtisadiyyat sammitindəki çıxışı zamanı hiddətlənərək, zalı tərk etmişdi. Bundan sonra cənab Ərdoğan bildirib ki, onun belə çıxışları İsrail xalqına qarşı yox, İsrail administrasiyasına qarşı yönəlib.

XS
SM
MD
LG