Accessibility links

Hillari Klinton dövlət katibi kimi ilk rəsmi görüşlərinə başlayır


ABŞ Dövlət katibi Hillari Klinton bu gün Britaniya və Almaniyanın xarici işlər nazirləri ilə yüksək səviyyədə ilk görüşünü keçirir. Xanım Klinton bu gün Dövlət Departamentində Britaniyanın xarici işlər naziri Deyvid Miliband və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmeyerlə ayrı-ayrılıqda görüşəcək.Rəsmilərin dediyinə görə, danışıqların diqqət mərkəzində əsas iki məsələ - Əfqanıstanda vəziyyət və İranın nüvə proqramı dayanır.

BMT-nin Təhlükəsizlik Şurasına daxil olan 5 dövlət və Almaniyanın nümayəndə heyəti Tehranın uran zənginləşdirmək proqramını dayandırması ilə əlaqədar danışıqlar keçirmək üçün sabah Almaniyanın Visbaden şəhərində görüşəcəklər. Dövlət Departamentindən bildirilir ki, xanım Klintonun Yaponiya, Cənubi Koreya və Çini əhatə edəcək Asiya səfərinin detalları üzərində də iş yekunlaşdırılır.Rəsmilərin bildirdiyinə görə, bu səfərin əsas məqsədi Yaponiya və Cənubi Koreya ilə yaxın əlaqələrin mövcudluğunu nümayiş etdirmək və Çinlə mürəkkəb münasibətləri nəzərdən keçirməkdən ibarətdir.


XS
SM
MD
LG